Rusiyada RF-OPEC razılaşmasının davam etməsinin lehinə qərar qəbul edildiyi halda, Səudiyyə Ərəbistanı razılaşmanı tərk etməyi qərara alıb.
EkoNews xəbər verir ki, bu haqda "Vedomosti” yüksək çinli bir məmura və digər mənbələrə istinadən məlumat yayıb.
İddia olunur ki, OPEC neft hasilatını azaltmaq xərclərini təşkilat xaricindəki ölkələrə köçürmək üçün koronavirus epidemiyasından "istifadə etməyi" planlaşdırıb.
"Bu yaxınlarda Rusiya OPEC ölkələrinə mövcud şərtlərlə razılaşmanı ikinci rübün sonuna qədər uzatmağı təklif edib”, - deyə energetika naziri Aleksandr Novak bildirib.