Koronavirus Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başlaydı

Koronavirus Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başlaydı

"Dünya bazarlarında baş verənlər Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başlayıb".

Ekonews xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu koronavirus global iqtisadiyyata təsirini şərh edərkən deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu qlobal təhlükə elan etməsi ilə bağlı qərarı xüsusilə Çin iqtisadiyyatına, eləcə də ticarəti Çinə bağlı olan ölkələrin iqtisadiyyatına və beynəlxalq bazarlara mənfi təsirlərini gücləndirəcək:

"Artıq dünya bazarlarında xam neftin qiyməti, fond birjalarında səhmlərin dəyəri uculaşmağa başlayıb. Bu gün dünya birjalarında WTI Crude Oil (Nymex) qiyməti USD/bbl. 52.95, Brent Crude (ICE) qiyməti USD/bbl. 59.15 olub. Bu o deməkdir ki, bu bazarda qiymətlər son ayların minumuna qədər düşüb və bu tendensiya davam edəcək. Belə ki, ABŞ Energetika Nazirliyinin açıqlamalarına görə, xam neftin qiyməti bir barel üçün 46 dollara qədər də enə bilər. 
Bununla yanaşı, digər əmtəə bazarlarında da ucuzlaşma müşahidə olunub. Misin və dəmir filizinin qiymətləri son 3 ayın ən aşağı səviyyəsinə enib, hətta son illər ən təhlükəsiz investisiya hesab olunan qızılın qiyməti də ucuzlaşıb. Qiymətli kağızlar bazarında da eyni tyendensiya müşahidə olunub. Eyni zamanda ABŞ-ın Dow Jones indeksi 1,54 faiz, S P 500 indeksi 1,57 faiz, Nasdaq indeksi 2,05 faiz, İtaliyanın FTSE MiB indeksi 1,85 faizi, Yaponiyanın Nikkei indeksi 2 faiz, Britaniyanın FTSE 100 indeksi 2,1 faiz, Almaniyanın Dax indeksi 2,6 faiz, Fransanın CAC indeksi 2,7 faiz dəyər itirib”.

Qubad İbadoğlu qeyd edib ki, sektorial səviyyədə koronavirusun fəsadları daha çox turizm və səyahət sektoru ilə bağlı sahələrdə, o sıradan uçuşlarda, gəzintilər və mehmanxana, restoran xidmətlərində də müşahidə olunur:

"Nəhayət, onu da qeyd edim ki, koronavirusun daxildə yayılma cografiyasının genişlənməsi Çin iqtisadiyyatında artımı daha da yavaşıdır, məcmu tələbi aşağı salır. Bu da son nəticədə dünyanın əsas istehlakçısı olan Çinin enerji daşıyıcılaırna tələbatını azaldır. Bütün bunların təsiri ilə dünya bazarında neftin və qazın qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da mənfi təsirlərini göstərəcək. Xüsüsilə də Azərbaycanda əmtəəlik qazın istehsalının artıdığı zamanda onun ixracatından valyuta gəlirlərini azaldacaq. Ötən il Azərbaycanda neft hasilatı 3,3 faiz, neft məhsullarının istehsalı 3,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artıb. 2019-cu ildə Azərbaycan qaz kondensatı daxil olmaqla 37517,6 min ton xam neft, 35591,4 milyon kub metr təbii qaz istehsal edib ki, ondan 24526,7 milyon kub metri əmtəəlik qaz olub”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR