Nazirlik rəsmisi: “Bu il Azərbaycanda pomidor ötən illə müqayisədə 30-40% ucuzdur”

Nazirlik rəsmisi: “Bu il Azərbaycanda pomidor ötən illə müqayisədə 30-40% ucuzdur”

"Azərbaycanda pomidorun son mövsümündəki satış qiyməti ötən illə müqayisədə aşağıdır”.

EkoNews Report-a istinadla xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə jurnalistlərə açıqlamasında deyib.

"Dövlət pomidor istehsalının genişləndirilməsinə istixanalar vasitəsilə dəstək verir. Bu daxili tələbatın ödənilməsi ilə yanaşı, pomidor ixracında iştirakımızı genişləndirəcək. Azərbaycan pomidorun həm istixanalarda, həm də açıq sahələrdə istehsalını genişləndirir. Mövsümdən sonrakı dövrdə də pomidoru mövsümə uyğun qiymətlərlə əldə edə bilirik. Hazırda ölkədə pomidor ötən ilin eyni dövrü ilə müqayisədə 30-40% ucuzdur. Bu il pomidor mövsümü 2 həftə gec başlayıb və hələ davam edir”, - deyə o, qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR