Ramazan ayı BU TARİXDƏ başlayacaq

Ramazan ayı BU TARİXDƏ başlayacaq

"Ramazan ayının birinci günü may ayının 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq”.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinin rəhbəri Əlirza Qafarov  bildirib.

Onun sözlərinə görə, Ramazan ayı mayın ilk ongünlüyündən etibarən başlayacaq:

"Ramazan təqvimi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytında yaxın günlərdə yerləşdiriləcək".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin 5, 6 iyun tarixləri ölkəmizdə Ramazan bayramı ilə əlaqədar, qeyri-iş günləri hesab edilir. //Redaktor.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR