Vüqar Bayramov: “Enerji məhsullarına tələb yenidən yüksələcək”

Vüqar Bayramov: “Enerji məhsullarına tələb yenidən yüksələcək”

"Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır”.

Ekonews xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, neftin bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib:

"Bu gün Brent markalı neftin 1 bareli 31 dollardan baha təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır. Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ Prezidenti Donald Tramp "Hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib. Bu haqda "Bloomberg" agentliyi məlumat yayıb. ABŞ və Avropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən "köhnə qitə" iqtisadiyyatı yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik”.

Vüqar Bayramovun fikrincə, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa "qara qızıl"a tələb yenidən azalacaq: 

"Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR