Yeni gələcək təhsil nazirindən gözləntilər nədir? – Təhsil eksperti

Yeni gələcək təhsil nazirindən gözləntilər nədir? – Təhsil eksperti

"Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi".

Bunu Qaynarinfo-ya açıqlamasında yeni Təhsil nazirindən gözləntilərini qeyd edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçrilən layihələrin nəticələnməsi üçün nazirlikdə köhnə komandanın qalması vacibdir:
 


"İlk növbədə qeyd edim ki, Azərbaycan təhsili 2014-cü ildən yeni bir yola qədəm qoydu. Bundan sonra da 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçrilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacibdir. Bundan başqa, bəlkə də ən vacib nüans odur ki, Mikayıl Cabbarovun komandası ilə başlayan və sonra Cehyun Bayramovun komandası ilə davam edən nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünün kəsilməsi prinsipləri davam etməlidir. Yəni, yüksək səviyyədə belə hallara rast gəlmək son 6 ildə mümkün deyildi. Son 6 ildə təhsil sistemində ciddi islahatlar həyata keçirilib, qanunvericilik bazası təkmilləşib, kadr islhatları aparılıb. Amma buna baxmayaraq, o kollektivin həll etmədiyi bir sıra problemlər var idi. Onların dövründə: 
1. Pedaqoji təhsili olmayan şəxslər hələ də direktor vəzifəsində qaldı. Hətta onların dövründə müsahibədən keçib təyin olunanlar da var.  

2. Hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Təcili yardım xəstə öləndən sonra gəlirdi. 

3. Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi. 

4. İctimaiyyətlə əlaqələr şöbəsi operativ olmalıdır.

 5. Vətəndaşların müraciətləri qısa müddətdə həyata keçirilməlidir. 


Kamran Əsdov yeni Təhsil nazirindən gözləntilərini də açıqlayıb:

1. Şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir. 

2. Baxçalar da Təhsil Nazirliyinə birləşdirilməlidir.

 3. Ali məktəblərlə bağlı islahatlar aparılmalıdır.

 4. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir. 

5. Yuxarıda müsbət xarakterizə etdiyim məsələlər davam etdirilməlidir. 

6. Nazir, nazir müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil kabinetdən idarə olunmur. 
 
7. Təhsil haqqında qanun yenidən işlənib hazırlanmalıdır.

8. Təhsilin idarə olunmasına yanaşma dəyişməli, məktəblərin özünü maliyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR